Çox insanda ara-sıra ağızda acılıq, turşuluq, qıcqırma və gəyirmə şikayətləri olur. Adətən, həyat keyfiyyətlərini pozmadığı üçün insanlar bu müvəqqəti narahatçılıqlara öyrəşir və ya pəhriz saxlamaqla qabağını alırlar. Halbuki, bəzi hallarda, qastroezofageal refluks xəstəliyi (QERX) ciddi şikayətlər və həyata təhlükəli vəziyyətlərə gətirib çıxara bilir. Bu hallarda qastroenteroloqlara müraciətinə ehtiyac duyulur.
“Report” xəbər verir ki, Baku Medical Plaza Mərkəz filialın qastroenteroloqu Sevda Ağayeva reflüks xəstəliyinin Azərbaycanda rast gəlmə tezliyinin ilk araşdıran həkimdir.
Onun tədqiqatının nəticələri Türkiyənin ən məşhur qastroenterologiya jurnalında yaxınlarda çap olunacaq.
S.Ağayeva qastroezofageal reflüks xəstəliyin mexanizmini izah edib, tədqiqatın nəticələrini də paylaşıb
Qastroezofageal reflüks xəstəliyi ən çox yayılmış xroniki xəstəliklərdən biridir, müxtəlif ətraf mühit, pəhriz, genetika və stresslə əlaqəli amillərin nəticəsində əmələ gələn bir prosesdir. Mədə möhtəviyyatının qida borusuna geri atılması və onu zədələməsi reflüks xəstəliyi adlandırılır. Aşağı qida borusu sfinkterinin tonusunun aşağı olması, buna yol açan dərman vasitələri, diafraqmanın qida borusu dəliyinin yırtığı və hamiləliyi reflüks xəstəliyinin risk faktorlara aid etmək olar.
Azərbaycanın dadlı, ancaq yağlı yeməklərlə zəngin olan milli mətbəxi, isti içkilərin istifadəsi, son dövrlərdə fast foodla qidalanmanın üstünlük təşkil etməsi, ortalama çəkinin artımı, pis vərdişlərin yüksək rastgəlmə tezliyi və stress faktorları GERX-in yayılması üçün əsas amillərdir.
Tədqiqatımız Qafqaz ölkələri arasında dərc edilmiş ilk populyasiyaya əsaslanan yayılma tədqiqatıdır ki, burada əsas məqsəd rastgəlmə tezliyinin araşdırılması, risk faktorların təyin edilməsi və problemin qarşısının alınmasıdır.
Araşdırılma xüsusi anket əsasında aparılıb və ümumi əhalinin 22,7%-ə QERX diaqnozu qoyulub, yəni təxminən 4 nəfərdən bir insan ara-sıra refluks şikəyətlərindən əziyyət çəkir. Ümumi yayılması qadınlar arasında kişilərə nisbətdə daha çoxdur.
Bundan əlavə, QERX yayılmasına təsir edən başqa bir amil bədən kütləsi indeksidir. Aparılan araşdırmada normal çəkili şəxslərə nisbətən artıq çəkili və obez şəxslərdə reflüks simptomlarına daha çox rast gəlinir. Maraqlısı isə odur ki, az çəkili şəxslərdən ibarət qrupda da QERX diqnozu qoyulanlar üstünlük təşkil edir. Refluks xəstəliyi olanların birinci dərəcəli qohumlarında bənzər simptomlar ailədə reflüksdən əziyyət çəkməyənlərdən 9 dəfə daha çox rast gəlinirdi. Təhsil səviyyəsi və məşğulluq vəziyyəti xəstəliyin yayılmasına təsir göstərməmişdir. Ailə vəziyyəti ilə bağlı məlumatlar qruplar arasında simptomların tezliyinə təsir etdi və bu da aşağıda göstərilmişdir və QERX-in ən az rast gəlinən qrup subay, ən çox gördüyümüz böşanmış və dul qalmış insanların arasında izlənildi ki, bu da onların daha yaşlı və daha çox yanaşı xəstəliklərin olmağı ilə əlaqələndirilə bilər. Əsaslı olaraq, stress səviyyəsində QERX paylanmasına əhəmiyyətli dərəcədə təsir göstərib.
Azərbaycanda aşkar etdiyimiz nəticələr həmsərhəd olan qonşu bölgələrdə tədqiq edilən QERX dərəcələrinə oxşar idi, məsələn Türkiyədə əhalinin 22,8%-də, Rusiyada 23,6%-da, İranda isə 28%-də təşkil edib.
Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşən, fərqli mədəniyyətləri birləşdirən maraqlı regionda yerləşir ki, unikal mətbəxə və adət-ənənəyə malikdir. Qida borunun sağlamlığı bilavasitə qidalanma rejimi və qidanın keyfiyyətindən asılıdır. Düzgün qidalanma, qıcıqlandıran və mədə turşuluğunu artıran yeməklərdən, qaynar içkilərdən və tütün məhsullarından uzaq durmaq mədə-bağırsaq xəstəlillərin əsas profilaktikası və müalicəsidir. Bədən çəkisinin tənzimlənməsi, daimi fiziki aktivlik, stressdən uzaqlaşmaq sağlam həyat tərzinin binövrəsidir.