REAL TİBB MƏRKƏZİ

Azərbayucan Respublikası Səhiyyə nazirliyinin lisenziyası əsasında 2006-cü ildən fəaliyyətə başlamış, özəl tibb müəssisəsi olaraq əhalyə ambulator tibbi xidmət göstərir.

Klinikada:
— Daxili xəstəliklər
— Kardiologiya
— Ginekologiya
— Dermatologiya
üzrə təcrübəli mütəxəssislər çalışır.   Klinikada müasir avadanlıqlarla təchiz olunmuş müasir laboratoriya fəaliyyət göstərir. Müasir cihazlarla təchiz olunmuş ultrasəs və exokardioqrafiya kabinetləri vardır. Həkimlərimiz sertifikasiyadan keçmişdir. Klinikanın kollektivi yüksək ixtisaslı, keyfiyyətli tibbi xidmət göstərmək üçün var gücü ilə çalışır. 

PASİYENTİN HÜQUQLARI

Pasiyentin:

  • təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimi və müalicə-profilaktika müassəsini seçmək;
  • sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq;
  • stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətlər aparılmasını tələb etmək;
  • tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatların ətrafdakılardan gizli saxlamaq;
  • tibbi müdaxiləyə şifahi vəya yazılı könüllü razılıq vermək;
  • hüquq və vəzifələri haqqında, sağlamlığın vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək;

 

PASİYENTİN MƏSULİYYƏTLƏRİ

Xəstəliyiniz, şikayətləriniz, qəbul etdiyiniz dərmanlar, keçirmiş olduğunuz xəstəliklər barədə tam, yaddaşınız imkan verəcək dərəcədə düzgün informasiya verməyiniz vacibdir. Həkiminizə sağlamlığınızda olan gözlənilməz dəyişikliklər barədə məlumat verməyiniz vacibdir. Həkiminizə sizə təyin etdiyi müalicəni yerinə yetirib yetirmədiyiniz barədə düzgün informasiya vermək məsuliyyəti daşıyırsınız.

Siz həkiminizin təyin etdiyi müalicəyə riayət etmək məsuliyyəti daşıyırsınız. Bura həm də xəstəxana daxilində olarkən tibb personalının məsləhətlərini yerinə yetirmək və xəstəxana qaydalarına riayət etmək məsuliyyəti daxildir. Həkimlərlə təyin etdiyiniz görüşlərdə iştirak etmək məsuliyyəti, görüşlərdə iştirak etməyəndə səbəblərin izah olunması məsuliyyəti daşıyırsınız.

Həkimlərini təyinatlarına riayət etməyəndə və ya mülicədən imtina edəndə məsuliyyət tam üzərinizə düşür.

Xəstəxana qanunlarına riayət etmək məcburiyyətindəsiniz. Siz digər xəstələrin və tibb personalının hüquqlarına hörmət etmək məsuliyyəti daşıyırsınız (səs salmamaq, icazə olmlayan yerdə siqaret çəkmək və s.).

  • Qonaq kitabı

    • Gulsen 06 Mart 2023
      Gozel hekimleriniz var
    • Hesen 06 Mart 2023
      Geldim sagaldim getdim
    • Elmir Əliyev 06 Mart 2023
      Cox ela tesekkur edirem